“EGE Hospital”da robotik cərrahiyyə ilə prostat əməliyyatı – Azərbaycanda ilk!

“EGE Hospital”da robotik cərrahiyyə ilə prostat əməliyyatı  – Azərbaycanda ilk!

Bu gün Azərbaycan səhiyyəsində yeni bir səhifə açılır. 

“EGE Hospital”da Azərbaycanda ilk dəfə robotik cərrahiyyə üsulu ilə prostat əməliyyatı həyata keçirilib.

Robotik radikal prostatektomiya – yüksək dəqiqliklə sidik saxlama funksiyası və erektil funksiyanın qorunmasına yönəlmiş sinir-qoruyucu cərrahi texnikaların icrasında qızıl standartdır.

Robotik cərrahiyyənin əsas üstünlüyü:

-Minimal invaziv yanaşma

-Yüksək cərrahi dəqiqlik

-Daha sürətli bərpa prosesi

Bir çox innovasiyalarda liderlik edən “EGE Hospital” Azərbaycanda robotik cərrahiyyənin də pioneri olub.