General-leytenant Araz Məmmədov Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, bu barədə müvafiq Sərəncam imzalanıb.
General Araz Məmmədov DSX-nin Sahil Mühafizəsinin rəisi təyin edilib.
Başqa Sərəncamla DSX Sahil Mühafizəsinin rəisi Müzəffər Pirizadə Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı vəzifəsinə gətirilib.
Qafqazinfo.