Dronlar Omskdakı “Ozon” logistika mərkəzinə hücum edib

Dronlar Omskdakı “Ozon” logistika mərkəzinə hücum edib

Omskda logistika mərkəzi pilotsuz uçuş aparatlarının (PUA) zərbəsinə məruz qalıb.

Bu barədə vilayətin qubernatoru Vitali Xotsenko “Maks” messencerində bildirib.

Onun sözlərinə görə, personal operativ şəkildə təxliyə edilib.

Bunun fonunda “Ozon” marketpleysi xəsarət alanların olmadığını, lakin obyektdə yanğın başladığını açıqlayıb. Zərbənin endirildiyi yerdə fövqəladə xidmətlər işləyir.

Report.