Dövlət-özəl tərəfdaşlığı çərçivəsində 9 layihəyə 1,1 milyard manat pul qoyulacaq

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində 9 layihəyə 1,1 milyard manat pul qoyulacaq

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində 9 layihənin həyata keçirilməsi üzrə təxminən 1,1 milyard manat investisiya nəzərdə tutulur.

Bunu İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin Dövlət-özəl tərəfdaşlığı sektorunun müdiri Türkan Vüsət Bakıda keçirilən III Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, bu layihələrdən 4-ü üzrə kapital xərcləri 643 milyon manat təşkil edir: “Bu 4 layihə su təchizatı, təhsil, ekologiya və nəqliyyat sahələrini əhatə edir. Layihələrdən biri Hövsan aerasiya stansiyasının (TSTQ) təmiri və tullantı sularının təkrar emalı qurğularının quraşdırılması ilə bağlıdır. Bu layihə üzrə kapital xərclərinin 240 milyon manat olacağı gözlənilir. Dövlət tərəfdaşı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. 2-ci layihə Bakı şəhərində elmi-texnoloji parkın inşasını və idarə edilməsini nəzərdə tutur. İkinci və üçüncü mərhələləri əhatə edən layihəyə 156 milyon manat investisiya ayrılması planlaşdırılır. Layihənin dövlət tərəfdaşı Elm və Təhsil Nazirliyidir”.

Report.