Dövlət Agentliyi: 8 ayda istehlakçıların aldadılmasına dair 17 inzibati protokol tərtib edilib

Bu ilin yanvar-avqust aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə vətəndaşların aldadılması halları ilə bağlı 396 müraciət daxil olub.

Müraciətlərin 306-na baxılıb, 130-u isə təmin edilib.

Bundan əlavə, istehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib edilib.

Report.