Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı  – Fotolar

İtaliyanın Sardiniya adasının sahillərində 30 metr uzunluğu olan “Angiola II” yaxtası batıb. 

Mühərrikdəki nasazlığa görə meydana gələn yanğın və içinə suyun daxil olması nəticəsində gəmi dənizin dibinə qərq olub. 

Məlumata əsasən, 8 milyon avrodan çox dəyərə malik yaxtanın yeni sahibi olan italiyalı sahibkar onu hadisədən cəmi 4 gün əvvəl əldə edibmiş.

Qəza zamanı gəmidə 14 nəfər olub. Onların hamısı gəmini tərk edə bilib və xilas edilib, xəsarət alan yoxdur.

Hazırda yaxtanın Kosta-Smeralda sahili yaxınlığında təxminən yeddi metr dərinlikdə olduğu bildirilir. Hakimiyyət orqanları onun sudan çıxarılması istiqamətində işlərə hazırlıqlar görür.



Qafqazinfo.