Bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkə hesablarında yayılan “Türkiyə Silahlı Qüvvələri Suriyanın Rəsulayn bölgəsində yerləşən bəzi kəndlərin sakinlərinin evlərinə qayıtmasına mane olur” iddiası həqiqəti əks etdirmir.
Bu barədə Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) “X” sosial şəbəkə hesabında yayılan açıqlamada qeyd olunub.
Bildirilib ki, sözügedən ərazilərə qayıtmaq istəyən ailələrin vəziyyəti SDQ-nin (Suriya Demokratik Qüvvələri) inteqrasiya prosesi çərçivəsində Suriyanın müvafiq qurumları ilə koordinasiyalı şəkildə izlənilir.
Qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən həmin ailələrin geri qayıtmasının qarşısını almağa yönəlmiş hər hansı hal mövcud deyil.
Report.