Diyarbakırda kriminal qrupa qarşı əməliyyat keçirilib, 40 nəfər saxlanılıb

Diyarbakırda kriminal qrupa qarşı əməliyyat keçirilib, 40 nəfər saxlanılıb

Türkiyənin Diyarbakır şəhərində polis tərəfindən silahlı kriminal qrupa qarşı əməliyyat keçirilib.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, Diyarbakırda silahlı qruplaşma yaradaraq müxtəlif cinayət hadisəsi törədən şəxslərə qarşı keçirilən əməliyyatda 40 nəfər saxlanılıb. Onlardan külli miqdarda narkotik və silah-sursat aşkarlanıb.

Saxlanılan şəxslərdən 15-i barəsində həbs qətimkan tədbiri seçilib, digərləri isə şərti azadlığa buraxılıb.

Report.