Dini inancları təhqir edən Üzeyir Abas həbs edildi

Dini inancları təhqir edən Üzeyir Abas həbs edildi

Sosial şəbəkələrdə dini inancları təhqir edən şəxs polis tərəfindən saxlanılıb.

Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan və dini inancları aşağılayan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.

Qeyd edək ki, Üzeyir Abas bir müddətdir dini kitablar və inanclarla bağlı paylaşımlar edirdi. O, özünü yazıçı-publisist kimi təqdim edib.

***

Əldə etdiyimiz məlumata görə, Səbail Rayon Məhkəməsinin qərarı ilə Üzeyir Abas inzibati qaydada həbs edilib.

Qafqazinfo.