Beyləqan sakini kanalda batıb.
Rayon sakini 18 yaşlı Əhmədov Amin Zamir oğlu dünən Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb.
Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir.
Fakt üzrə Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Ötən gün “Yeni Xan qızı” kanalının Beyləqan rayonu, Birinci Şahsevən kəndindən keçən hissəsində 1 nəfər batıb.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş – 2005-ci il təvəllüdlü Amin Zamir oğlu Əhmədovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Qafqazinfo.