Dağıstanda sellər səbəbindən bənd qismən dağılıb, 13 evin sakini təxliyə edilib

Dağıstanda sellər səbəbindən bənd qismən dağılıb, 13 evin sakini təxliyə edilib

Dağıstanın Qaytaq rayonunun Macalis kəndində bənd qismən dağılıb, 13 evin sakini təxliyə edilib.

“Ulluçay çayında suyun səviyyəsi qalxıb. Macalis kəndində hidrotexniki qurğu (bənd) qismən dağılıb. Gecə saatlarında subasma zonasındakı 13 evin sakini təxliyə edilib”, – rayon administrasiyasından bildirilib.

Qeyd olunub ki, hazırda çayda suyun səviyyəsi aşağı düşüb.

Report.