Çox şadıq ki, çətin, məsuliyyətli həkim əməyimiz belə qiymətləndirilib – RƏY

Çox şadıq ki, çətin, məsuliyyətli həkim əməyimiz belə qiymətləndirilib – RƏY

TƏBİB sistemində islahatın toxunduğu bütün əməkdaşlar maaş artımı və digər nəzərdə tutulan planlarla bağlı xəbərləri sevinclə qarsalayıblar və bu çox zamanında verilən qərardır.

Bunu “Report”a Respublika neyrocərahiyyə xəstəxanasının təcili tibbi yardım şöbəsinin müdiri Polina Əliyeva Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılması ilə bağlı qərarını şərh edərkən deyib.

“Bilirik ki, belə bir təşəbbüslə Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib və onun təşəbbüsünü dəstəkləyən prezidenti İlham Əliyev TƏBİB sistemində işləyən səhiyyə əməkdaşlarının maaşlarının artırılması ilə bağlı qərar verib. Çox şadıq ki, bizim çətin, məsuliyyətli, qorxulu əməyimiz belə qiymətləndirilib”, – o deyib.

Polina Əliyeva

P. Əliyeva vurğulayıb ki, islahatlar sırasında daha çox işləyən həkimin daha çox qazancı olacağı məlumatı səhiyyə işçiləri arasında entuziazmla qarşılanıb:

“Bundan əvvəl artıq iş saatının ödənilməsi çətinlik yaradırdı. Əlavə ödənişlərlə bağlı qaydalar dəqiq olmadığından bir sıra məhdudiyyətlər var idi. Yeni sistemə əsasən isə daha çox pasiyent qəbul edən, daha çox işləyən həkim daha çox qazanacaq. İndiki halda bütün o qaranlıq məqamlar nəzərə alınıb. İnanıram ki, yaxın zamanlarda dəqiq meyarlar hazırlanacaq”.

Şöbə müdiri düşünür ki, maaş artımı və digər yeniliklər bu sahəyə marağı daha da artıracaq:

Report.