Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

“Premium Food Baku” MMC tərəfindən Çindən idxal olunan, “Yantai Yuji Foodstuff Co.” müəssisəsinin istehsalı olan ümumi çəkisi iki ton təşkil edən çörək qırıntıları (panko) məhsulunda uyğunsuzluqlar aşkarlanıb.

Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, laborator müayinələrin nəticələrinə əsasən, məhsulda kif və maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

Report.