Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib

Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib

Çinli həkimlər qəza nəticəsində hər iki ayağını itirmiş xəstəyə ayaqların cərrahi yolla yenidən birləşdirilməsi əməliyyatını həyata keçiriblər.

Əməliyyat bud nahiyəsi səviyyəsində aşağı ətrafların uğurlu replantasiyasının dünyada ilk halıdır.

51 yaşlı Tszyan soyadlı kişi 2024-cü ilin sonunda zavodda baş verən qəza nəticəsində hər iki ayağını itirib. Ayaqların replantasiyası əməliyyatı Çinin şərqində yerləşən Jiangsu əyalətindəki Suçjou Ruixua Ortopedik Xəstəxanasında aparılıb. Əməliyyat təxminən səkkiz saat davam edib.

Xəstəyə sümük transplantasiyası həyata keçirilib və bud sümükləri xüsusi fiksasiya lövhələri ilə bərkidilib.

Report.