Çin və Qırğızıstan daimi mehriban qonşuluq, dostluq və əməkdaşlığa dair ikitərəfli müqavilə, hərtərəfli strateji tərəfdaşlığın inkişafı haqqında birgə bəyannamə imzalayıblar.
Bu barədə Qırğızıstan mediası məlumat yayıb.
Sənədləri Çin Sədri Si Cinpin və Qırğızıstan Prezidenti Sadır Japarov imzalayıblar.
S.Japarov qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq inkişafın qızıl dövrünə qədəm qoyub.
Report.