Ermənistanda “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Tsarukyana məxsus olan “Araratsement” müəssisəsi dövlətin idarəçiliyinə və mühafizəsinə verilib.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəmə Tsarukyan və onunla əlaqəli şəxslər tərəfindən qanunsuz yolla əldə edilmiş əmlakla bağlı icraat çərçivəsində Baş Prokurorluğun təqdim etdiyi müvafiq vəsatəti təmin edib.
Report.