İslam ölkələrinə mənsub 60 milyondan çox insan dünyanın müxtəlif qitələrində güclü diaspora şəbəkəsi formalaşdırır.
Bunu Prezidentin köməkçisi Cevdet Yılmaz Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin 1-ci Müsəlman Diaspor Forumunda deyib.
Onun sözlərinə görə, islam ölkələrinə eyni qardaşlıq anlayışı və məsuliyyət şüuru ilə yanaşmalıdır: “Forumumuzun mövzusu keçmişdən miras aldığımız bu anlayışın müasir şəraitdə yeni əlaqələrə, yeni birgə fəaliyyətlərə və davamlı həmrəyliyə çevrilməsi səylərini ifadə edir. Dünyada 2 milyarddan artıq müsəlman yaşayır və bu, dünya əhalisinin təxminən dörddə birinə bərabərdir. Yalnız 2024-cü ilin məlumatlarına nəzər saldıqda, 38 ölkə üzrə aparılan hesablamalarda bu diasporanın mənşə ölkələrinə təxminən 200 milyard dollar həcmində vəsait köçürdüyünü görürük.