Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qırğızıstana səfəri ilə əlaqədar olaraq, dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz icra edəcək.
Bu barədə “TRT Haber” məlumat yayıb.
“Ərdoğanın 31 avqust – 1 sentyabr tarixlərində Qırğızıstana səfər etməsi səbəbindən Türkiyə Respublikası Konstitusiyasının 106-cı maddəsinə uyğun olaraq geri dönənə qədər prezidentliyə Vitse-prezident Cevdet Yılmaz vəkalət edəcək”, – məlumatda bildirilib.
Report.