Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz ölkənin inkişaf hədəflərinə mane olan terror problemini daimi şəkildə gündəmdən çıxarmaq istədiklərini bildirib.
Vitse-prezident bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) toplantısındakı çıxışında deyib.
C. Yılmaz Türkiyənin beynəlxalq arenada mühüm aktora çevrildiyini deyib.
Onun sözlərinə görə, Türkiyə sülh və diplomatiya tərəfdarı olan, münaqişələrin həllində vasitəçilik edən ölkədir.
Report.