Cəlilabadda yol qəzası olub, ölən var

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Cəlilabad-Soltankənd avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, Cəlilabad şəhər sakini, 1973-cü il təvəllüdlü Sakit Abdinov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olan zaman qəfil ürəyi tutub. Daha sonra avtomobilin idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sürücü ölüb.

Report.