Cəlilabadda yerə düşən elektrik naqili iribuynuzlu heyvanı tələf edib

Cəlilabad rayonunda qırılaraq yerə düşən elektrik naqilinə toxunan iribuynuzlu heyvan tələf olub.

Hadisə rayonun Privolnoye kəndində baş verib.

Kənd sakini Bariz Məhərrəmovun sözlərinə görə, heyvanlarını örüş sahəsinə apararkən küçədə qırılaraq yerə düşmüş elektrik naqilinə toxunan iribuynuzlu heyvan cərəyan vurması nəticəsində ölüb.

Report.