Cəlilabadda suyun verilişi bərpa olunub

Cəlilabadda suyun verilişi bərpa olunub

Cəlilabad şəhərində su borusunda baş vermiş qəza aradan qaldırılıb.

Həmçinin əhalinin su ilə təminatı da bərpa olunub.

Hadisə ilə əlaqədar Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Yolların Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində suyun ətrafa axmasının qarşısı alınıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Report.