Cəlilabadda “Mercedes” at arabası ilə toqquşub, xəsarət alanlar var

Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Müqabil Nağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili at arabası ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər; – Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov xəsarət alıblar.

Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report.