Cəlilabadda külək ağacları yola aşırıb, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb

Cəlilabad rayonunda güclü külək ağacları yola aşırıb.

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun rayonunun Göytəpə şəhəri istiqamətindən keçən hissəsində baş verib.

Belə ki, yol kənarındakı irigövdəli ağaclar güclü küləyin təsirindən yolun hərəkət hissəsinə aşıb.

Nəticədə avtomobillərin hərəkətində məhdudiyyət yaranıb, külək nəticəsində ərazidə 30-a yaxın ağac aşıb.

Hazırda aşmış ağacların yoldan kənarlaşdırılması istiqamətində işlər görülür.

Bundan başqa, güclü külək yol ətrafında yerləşən bəzi istixanalara da ziyan vurub. Göytəpə şəhərində elektrik enerjisinin verilişinin dayandırıldığı bildirilir.

Report.