“BYD” arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı – Fotolar

“BYD” arakəsməni dağıdıb işıq dirəyinə çırpıldı  – Fotolar

Bu gün səhər saatlarında Bakı-Qazax magistralının Qaradağ rayonu Səngəçal qəsəbəsindən keçən hissəsində yol qəzası baş verib.

“BYD” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə metal arakəsmələrə, sonra işıqlandırma dirəyinə çırpılıb. Nəticədə, avtomobil tamamilə yararsız hala düşüb.

Hadisə zamanı ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Araşdırma aparılır.


Qafqazinfo.