Bu yerlərdə qaz kəsiləcək – Xəbərdarlıq

Bu yerlərdə qaz kəsiləcək  – Xəbərdarlıq

Paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Səbail rayonunda və “Qaz İxrac” İdarəsi tərəfindən Xəzər rayonunda aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Qafqazinfo.