Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməclik işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 09:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Oruc Əliyev küçəsində yerləşən 7 mərtəbəli yaşayış binalarında fasilələrlə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Eyni zamanda, Yasamal RETSİ ərazisində TM-də həyata keçiriləcək təmir işləri ilə əlaqədar planlı fasilə saat 10:00-dan 13:00-dək Xıdır Mustafayev, Abbas Mirzə Şərifzadə, Xaqan Dadaşov, Mirzə Cabbar Məmmədzadə, Nəriman Nərimanov, Tağı Şahbazi küçələri, İnşaatçılar prospektinin bir hissəsini əhatə edəcək.
Həmçinin Nizami RETSİ-nə daxil olan TM-də görüləcək təmir-təftiş işləri zamanı eyni saatlarda Keşlə qəsəbəsi Birinci köndələn küçəsi gərginliksiz qalacaq.
Abşeron RETSİ ərazisindəki 35/10/6 kV-luq “Nübar” yarımstansiyasında təmir işləri icra olunacaq. Beləliklə, saat 10:00-dan 17:00-dək Aşağı Güzdək və Atyalı yaşayış məntəqələrinin bəzi hissələrində enerjinin verilişində fasilə olacaq.
Elektrik şəbəkəsində aparılacaq cari təmir işləri ilə əlaqədar Səbail RETSİ-nə daxil olan Bünyad Sərdərov küçəsində də saat 11:00-dan 12:00-dək enerjinin verilişi dayandırılacaq.
Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər”, – deyə məlumatda qeyd edilib.