“TAU iki qardaş ölkənin bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də qarşılıqlı etimadının təzahürüdür”.
Bu sözləri Türkiyə-Azərbaycan Universitetinin rektoru, dosent Nəcibə Nəsibova açılış nitqində deyib.
Onun sözlərinə görə, bu universitet Azərbaycan gənclərinə çox böyük imkanlar yaradıb: “Burada oxuyan tələbələr ölkə xaricinə çıxmadan imkanlardan yararlana bilirlər. Belə ki, Türkiyənin ən öndə gedən universitetlərinin professor və müəllimlərindən dərs alırlar, təcrübə mübadiləsi edirlər”.
Rektor əlavə edib ki, TAU-nu bitirən tələbələrin aldığı ikili diplom da onların gələcək kariyerasına önəmli töhfədir: “Tələbələrə bu universitetdə ingiliscə təhsil almaq imkanı da yaradılır. Bütün bu imkanlar sayəsində gənclər beynəlxalq arenda özlərinə rahatlıqla yer tapa biləcəklər”.
Lamiyə Məmmədova