Bu rəsmi qurumların saytları açılmır

Bu rəsmi qurumların saytları açılmır

Azərbaycanda bir sıra dövlət qurumlarının rəsmi internet saytlarına girişdə problem yaranıb.

Hazırda Nazirlər Kabinetinin (nk.gov-az), Fövqəladə Hallar Nazirliyinin (fhn.gov-az), Daxili İşlər Nazirliyi (din.gov-az), Dövlət İmtahan Mərkəzi (dim.gov-az), Səhiyyə Nazirliyinin (sehiyyə.gov-az) və digər dövlət qurumlarının internet resurslarına giriş mümkün deyil.

Problemin səbəbi və nə vaxt aradan qaldırılacağı barədə hələlik məlumat yoxdur.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Qafqazinfo.