Bu rayonlara dolu düşəcək – Xəbərdarlıq

Bu rayonlara dolu düşəcək  – Xəbərdarlıq

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Qafqazinfo.