Bu qəzadan xəsarət almadan qurtuldular – Foto

Bu qəzadan xəsarət almadan qurtuldular  – Foto

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə sentyabrın 20-si səhər saatlarında “Rizvan” ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

15-BU-070 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yol kənarındakı elektrik transformatoruna çırpılıb. Zərbənin təsirindən maşının arxa hissəsi havaya qalxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.