Aparılacaq təmir işləri ilə əlaqədar olaraq bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət aşağıda qeyd olunan küçələrin müəyyən hissələrində tətbiq ediləcək:
“Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək, Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək, Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək, Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək, Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək; Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək; Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək; İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək”.
“Məhdudiyyət 14 avqust 2026-cı il saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur”, – deyə məlumatda qeyd edilib.