Bu küçə təmirə bağlanır

Bu küçə təmirə bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti  məhdudlaşdırılacaq.  

Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

Məhdudiyyət 28 avqust saat 22:00-dan təmir işləri bitənədək tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Qafqazinfo.