Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında isə hepatit B və C diaqnozu ilə ayrılıqda 14 nəfər qeydiyyata alınıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hepatit B xəstələrinin 6-sı, hepatit C xəstələrinin isə 8-i qadın olub. 2026-cı ilin ilk yarısında hepatit C-yə yoluxan bir nəfər 0–17, 13-ü isə 18 və yuxarı yaş kateqoriyasına daxildir. Hepatit B-nin eyni dövr üçün göstəricisi üç nəfər 0-17, 11 nəfər isə 18 və yuxarı yaşları əhatə edir.
Məlumata görə, 2025-ci ildə hepatit B diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. Bu göstərici 2024-cü illə müqayisədə 11 nəfər və ya 21,6 % çoxdur.
Report.