Bu ilin altı ayında meyit donordan 30-a yaxın transplantasiya əməliyyatı icra edilib

Azərbaycanda yanvar-iyun aylarında meyit donorlardan götürülən orqan və toxumalar hesabına 30-a yaxın transplantasiya əməliyyatı icra edilib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu transplantasiyalar çərçivəsində böyrək, qaraciyər, ürək və buynuz qişa köçürülməsi uğurla həyata keçirilib.

Report.