Azərbaycanda bu ilin 6 ayında cinayət işləri üzrə müəyyən edilən 27 milyon manatdan çox maddi ziyan ödənilib.
Bu barədə Prokurorluq orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair kollegiya iclasında bildirilib.
Bildirilib ki, prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri və tamamlanmış araşdırma materialları üzrə müəyyən edilmiş maddi ziyandan istintaq tədbirləri ilə 27 milyon 152 min manatın ödənilməsi təmin edilib, 3 milyon 485 min manat məbləğində əmlak üzərinə isə həbs qoyulub və müəyyən edilən ziyanın tam ödənilməsi üçün hazırda tədbirlər davam etdirilir.
Report.