2026-cı ilin ilk 6 ayı ərzində aliment öhdəliyini yerinə yetirmədiyinə görə 2740 şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub, onlardan 1278 şəxs inzibati qaydada həbs edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq Ədliyyə Naziriliyindən məlumat verilib.
Bildirilib ki, eyni dövrdə 116 şəxs barəsində cinayət məsuliyyətinə cəlb etmə barədə təqdimat verilib, 77 şəxs barəsində cinayət işi başlanıb.
Report.