Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib

Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib

2026-cı il yanvarın 1-dən avqust 15-ə qədər 1 396 Azərbaycan vətəndaşı Ukraynada müvəqqəti yaşamaq, 194 nəfər daimi yaşamaq icazəsi, 36 azərbaycanlı isə Ukrayna vətəndaşlığı alıb.

Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Kiyevdə azərbaycanlı vəkil Şəmsi Məhərrəmov bildirib.

O qeyd edib ki, bununla belə, Ukraynada hələ də qalma müddətini pozan və ya miqrasiya statusunu rəsmiləşdirməyən Azərbaycan vətəndaşları var:

“Hazırda bu məsələyə xüsusilə ciddi yanaşmaq lazımdır, çünki 22 may 2026-cı ildən Ukraynada Ukrayna Dövlət Miqrasiya Xidməti, Ukrayna Dövlət Sərhəd Xidməti, Ukrayna Milli Polisi, Ukrayna Təhlükəsizlik Xidməti və digər dövlət qurumlarının iştirakı ilə “Miqrant” ümumdövlət tədbirləri həyata keçirilir”.

Ş.Məhərrəmov bildirib ki, Ukraynada yaşayan azərbaycanlılara qalma müddətlərini və sənədlərinin qüvvədə olub-olmadığını yoxlamağı tövsiyə edir:

Report.