Bu ərazilərdə qaz kəsiləcək – Xəbərdarlıq

Bu ərazilərdə qaz kəsiləcək  – Xəbərdarlıq</b>

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Azadlıq prospektinin, Xutor qəsəbəsinin bir hissəsinin, Ə. Naxçıvani və M. Davudoğlu küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.