“Məhəllədə ağac aşıb, az qala, yerə dəyir. Təhlükəli vəziyyət yaranıb, keçib-getməyə, maşın saxlamağa ehtiyat edirik”.
Bu şikayətlə “Qafqazinfo”ya Bakının Nəsimi rayonu 5-ci mikrorayon 20 yanvar küçəsi 116 ünvanında yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, təhlükə ilə bağlı aidiyyəti orqanlara dəfələrlə müraciət olunsa da, problem həllini tapmayıb.
Məlumat üçün bildirək ki, bu halda yerli icra hakimiyyəti orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməli, nazirlik baxış keçirərək ağacın vəziyyəti ilə bağlı rəy verməlidir. Bundan sonra ağac bərpa oluna, budana və ya kəsilə bilər.
Problemlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə sorğu ünvanlamışıq.
Həmin fotoları təqdim edirik:
Qafqazinfo.


