Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Britaniyanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

İranın Xarici İşlər Nazirliyi (XİN) Britaniya rəsmiləri tərəfindən İslam Respublikasının ünvanına səsləndirilən ittihamlarla əlaqədar Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorteri çağırıb.

Bu barədə İranın dövlət mediası məlumat yayıb.

Britaniya diplomatına Londonun yanaşması və İranın Britaniyanın təhlükəsizliyinə təhdid yaradan fəaliyyət həyata keçirməyə çalışdığına dair ittihamlarla bağlı Tehranın mövqeyinin əks olunduğu yazılı etiraz notası təqdim edilib.

Report.