Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb

Bosfor boğazında kimyəvi tankerinin nasazlığı səbəbindən gəmi hərəkəti dayandırılıb

Bolqarıstandan İtaliyaya doğru hərəkət edən tankerin mühərrikində nasazlıq yaranmasından sonra Bosfor boğazında hər iki istiqamətdə gəmi hərəkəti müvəqqəti dayandırılıb.

Hadisə yerli vaxtla saat 19:10 radələrində baş verib.

Malta bayrağı altında üzən, uzunluğu 107 metr olan IVYAN adlı kimyəvi maddələr daşıyan gəmi Kanlıca sahilləri yaxınlığında dayanıb. Nəticədə tanker sahildən cəmi bir neçə metr aralıda durub.

Report.