“BMW” 3 maşına çırpılıb aşdı – Xəsarət alanlar var

“BMW” 3 maşına çırpılıb aşdı  – Xəsarət alanlar var

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi olub.

Idarəetmədən çıxan “BMW” markalı avtomobil əvvəlcə “Toyota”, daha sonra “Kia” və “Opel” markalı minik avtomobillərinə çırpılıb.

Toqquşmadan sonra BMW aşıb.

Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Hadisənin səbəbləri və təfərrüatı araşdırılır.

Ziya Əmirxanlı

Qafqazinfo.