Bloqer Hüseyn Həsənov pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 6 il müddətinə həbs oluna bilər

Bloqer Hüseyn Həsənov pul vəsaitlərinin leqallaşdırılması işi üzrə 6 il müddətinə həbs oluna bilər

Prokuror pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı qiyabi iş üzrə bloqer Hüseyn Həsənovun 6 il azadlıqdan məhrum edilməsini istəyir.

Bu barədə “REN TV”yə H.Həsənovun vəkili Mixail Yusupov məlumat verib.

İttiham tərəfinin versiyasına görə, Həsənov 170 milyon rubldan (2,1 milyon dollar) çox məbləğdə vergidən yayınıb, bundan sonra daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlayaraq pul vəsaitlərinin bir hissəsini leqallaşdırıb.

Bloqer bu iş üzrə özünü təqsirli bilmir. Daha əvvəl o, sosial şəbəkələrdə vergi borcunu ödədiyini və məhkəmədə maraqlarını vəkillər komandasının təmsil etdiyini bildirmişdi.

Report.