“Bloomberg”: Türkiyə ticarət gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır

“Bloomberg”: Türkiyə ticarət gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır

Türkiyə Rusiyanın və Ukraynanın bölgədə gəmilərə qarşı artan hücumları fonunda kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır.

Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi neft və taxıl ixracının əsas mərkəzlərindən biri olan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət edən bir neçə gəmiyə bildirib ki, hazırda belə gəmilərin keçidinə icazələr ya verilmir, ya da Dardanel boğazından keçid müraciətlərinə baxılması əlavə vaxt tələb edir.

Report.