Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları “Bloomberg” agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar.

Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernard Arno dünyanın ən varlı 10 şəxsi sırasından çıxıb və onun yerini 96 yaşlı investor Uorren Baffet tutub.

Beləliklə, 2012-ci ildə reytinqin təqdim edilməsindən bəri ilk dəfədir ki, ilk onluğun bütün iştirakçıları ABŞ vətəndaşlarıdır.

Reytinqə böyük fərqlə “SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask başçılıq edir. Onun sərvəti 918,8 milyard dollar həcmində qiymətləndirilir.

Report.