İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) müfəttişlərinin nüvə obyektlərinə girişinə imkan vermir.
Bu, barədə AEBA-nın hesabatında bildirilir.
Sənədə əsasən, müfəttişlərə hələ də İsfahan, Natanz və Fordoda İsrail-Amerika hücumları nəticəsində zədələnmiş obyektlərə giriş icazəsi verilməyib. Qeyd olunur ki, AEBA sonuncu dəfə bu obyektlərdə 440 kq-dan çox yüksək zənginləşdirilmiş uran və təxminən 8 600 kq aşağı zənginləşdirilmiş uran aşkar edib.
Hesabatda bildirilir ki, bu nüvə materialı haqqında məlumatın olmaması AEBA-nın baş direktoru Rafael Qrossi üçün yayılmama ilə bağlı narahatlıqlar yaradır. O, Tehranı müfəttişlərə obyektlərə mümkün qədər tez giriş imkanı verməyə çağırıb.
Bundan əlavə, sənəddə qeyd edilir ki, müfəttişlərin sentyabrın ortalarında Buşehr Atom Elektrik Stansiyasına giriş əldə etmələri gözlənilir.