Prokuror pul vəsaitlərinin leqallaşdırılması ilə bağlı qiyabi iş üzrə bloger Hüseyn Həsənovun 6 il azadlıqdan məhrum edilməsini istəyir.
Bu barədə “REN TV”yə Həsənovun vəkili Mixail Yusupov məlumat verib.
İttiham tərəfinin versiyasına görə, Həsənov 170 milyon rubldan (2,1 milyon dollar) çox məbləğdə vergidən yayınıb, bundan sonra daşınmaz əmlakın alqı-satqısı haqqında müqavilə bağlayaraq pul vəsaitlərinin bir hissəsini leqallaşdırıb.
Bloger bu iş üzrə özünü təqsirli bilmir. Daha əvvəl o, sosial şəbəkələrdə vergi borcunu ödədiyini və məhkəmədə maraqlarını vəkillər komandasının təmsil etdiyini bildirmişdi.
Report.