Biznesin beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinin şərti açıqlanıb

Biznesin beynəlxalq rəqabət qabiliyyətinin güclənməsinin şərti açıqlanıb

Düzgün tənzimləmə biznesin beynəlxalq rəqabət qabiliyyətini gücləndirir.

Bunu Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədrinin müavini Azər Abbasov Bakıda keçirilən Dayanıqlı Biznes: Korporativ İdarəetmə, Risk və Komplayens (GRC) tədbirində bildirib.

Onun sözlərinə görə, biznes mühitində şəffaflıq, komplayens və eyni zamanda qlobal çağırışlar, komplayens termini cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində istifadə olunan termindən bir qədər fərqlənir: “Əslində, biri digərini əhatə edir. Komplayens daha geniş termindir. Bizim sahəmiz üzrə isə AML (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə) və ya preventiv sektor terminlərindən istifadə etmək daha məqsədəuyğun ola bilər. Bizim sahədə komplayens bir qədər fərqli modelləşdirmə və yanaşma nəzərdə tutur. Bu fərq qlobal çağırışlarda və qlobal standartlarda da özünü göstərir”.

Report.