Birol Akgün: Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıqdan daha dərin və qiymətlidir

Birol Akgün: Türkiyə-Azərbaycan münasibətləri strateji tərəfdaşlıqdan daha dərin və qiymətlidir

Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız strateji tərəfdaşlıq və ya dövlətlərarası əməkdaşlıqla izah edilə bilməyəcək qədər dərin, möhkəm və qiymətlidir.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Ahıska Türkləri – İtmiş Sürgünün İzində” sərgisinin açılış mərasimində deyib.

O bildirib ki, bu əlamətdar sərgi İstanbul və Bakıdan sonra Ahıska türklərinin sürgün edilmələrinin 82-ci ildönümündə – noyabrın 14 də Ankarada davam edəcək. Tarixi Ankara Vağzalında ziyarətçilərlə görüşəcək. Sərginin 2027-ci ildə isə müxtəlif ölkələrdə nümayiş etdirilməsi nəzərdə tutulur: “İstanbulda başlayan bu yaddaş səyahətinin Bakıda davam etməsi, əlbəttə ki, təsadüfi deyil. Çünki Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər yalnız strateji tərəfdaşlıq və ya dövlətlərarası əməkdaşlıqla izah edilə bilməyəcək qədər dərin, möhkəm və qiymətlidir. Bizi bir-birimizə bağlayan ortaq tariximiz, dinimiz, mədəniyyətimiz, ədəbiyyatımız, musiqimiz və müştərək dəyərlərimiz var.”

“Böyük türk millətinin ayrılmaz parçası hesab etdiyimiz Ahıska türkü qardaşlarımızın tarixi ağrılarını Türkiyə və Azərbaycan türkləri olaraq ortaq ağrılarımız kimi görürük. Dünən olduğu kimi, bu gün və sabah da həmin məzlum, lakin məğrur qardaşlarımızı birlikdə qucaqlamağa davam edəcəyik. Türkiyə ilə Azərbaycan ortaq mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində də sıx əməkdaşlıq edir. Bakının bu gün Ahıska türklərinin tarixindən və yaddaşından bəhs edən sərgiyə ev sahibliyi etməsi Türk dünyasının ortaq yaddaşına sahib çıxmaq iradəmizin güclü göstəricisidir” – səfir əlavə edib.

YENİLƏNİR

.

Report.